SIĞORTA

"Bizə maliyyəçi və riyaziyyatçılar lazımdır" - AGENTLİK RƏHBƏRİ
13 İYUL
857

"Bizə maliyyəçi və riyaziyyatçılar lazımdır" - AGENTLİK RƏHBƏRİ

2016-07-13 11:06:00

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinın əməkdaşlarının sayı artırıla bilər. Fins.az xəbər verir ki, bunu Agentliyin rəhbəri Zaur Əliyev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib. “Bu sahə spesifik olduğuna görə həm tibb təhsilli, həm də sığorta və maliyyə sahəsində təcrübəsi olan şəxslər işə cəlb edilir. İşimiz daha çox səhiyyənin maliyyələşməsi ilə bağlı olduğundan bizə əsasən maliyyəçilər lazım olur. Eyni zamanda, yaxşı hesablama işlərini bacaran riyaziyyatçılara ehtiyac duyulur. Çünki bizdə çox aktual hesablamalar aparılır”. Z.Əliyev gələcəkdə adıçəkilən sahələrdən olan əməkdaşlara daha çox üstünlük verəcəklərini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275