SIĞORTA

«Qala Sığorta»nın vəziyyəti məlum oldu - HESABAT
13 İYUL
358

«Qala Sığorta»nın vəziyyəti məlum oldu - HESABAT

2016-07-13 09:51:00

«Qala Sığorta» bu ilin birinci yarısı üzrə nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, yanvar-iyun aylarında ümumi yığımların həcmi 3 447 601 manat olub. Ötən ilin eyni dövründə isə sığorta şirkəti fəaliyyətini dayandırdığı üçün sığorta haqqı toplamayıb.

Sığorta yığımlarının 54,2%-i daşınmaz əmlakın icbari sığortasının, 23,3 %-i könüllü əmlak sığortasının, 21,8%-i peşə məsuliyyəti sığortasının, qalan hissəsi isə yük sığortası, məsuliyyət sığortası, fərdi qəza və xəstəlik sığortasının payına düşüb.

Bu ilin 6 ayında “Qala Sığorta”da bağlanan müqavilələr üzrə hər hansı bir sığorta hadisəsi olmayıb və ödəniş edilməyib. 2015-ci ilin yanvar-iyun aylarında isə sığorta şirkəti fəaliyyətini dayandırsa da, öhdəlikləri üzrə 39 810 manat ödəniş edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274