SIĞORTA

İcbari tibbi sığorta 1 rayon və 1 şəhərdən başlanacaq
05 İYUL
825

İcbari tibbi sığorta 1 rayon və 1 şəhərdən başlanacaq

2016-07-05 14:32:00

Azərbaycanda icbari tibbi sığorta üzrə pilot layihə 1 rayon və 1 şəhər tipli ərazidə başlanacaq. Bu barədə fins.az-a Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Məlumatda deyilir ki, Agentlik ötən müddət ərzində aparılmış araşdırmaların nəticələrinə dair əlaqədar dövlət qurumları ilə müzakirələr aparır. Eyni zamanda, icbari tibbi sığortanın pilot qaydada tətbiqi ilə bağlı rayonların seçilməsi ilə bağlı araşdırmalar davam edir.

Pilot layihənin 1 rayon və 1 şəhər tipli ərazidə həyata keçirilməsi nəzərdə tutulur. Rayon və şəhərin tibbi xidmət infrastrukturu və tibbi xidmətin təşkilində müəyyən fərqlər olduğundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həm şəhər, həm də rayon tipli ərazidə icbari tibbi sığortanın tətbiqini sınaqdan keçirəcək. Pilot layihənin həyata keçirilməsinin məqsədi əhalini və tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270