SIĞORTA

Daha bir şirkət həyat sığortası edəcək - AÇIQLAMA
04 İYUL
422

Daha bir şirkət həyat sığortası edəcək - AÇIQLAMA

2016-07-04 11:50:00

"AXA" sığorta qrupu Azərbaycanın həyat sığorta bazarındakı imkanları araşdırır və bu sahəyə investisiya etmək üçün münasib vaxtı gözləyir. Fins.az-ın "Report"-a istinadən məlumatına görə, bunu açıqlamasında "AXA-Mbask" sığorta şirkətinin İdarə Heyətinin sədri Səlcuq Adıgözəl deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qrup Azərbaycanda həyat sığortasını inkişaf edən bazar kimi görür və bu sahəyə pul qoymaq niyyətindədir: "Həyat sığortasına investisiya yatırmağı düşünürük. Lakin bunun üçün maliyyə bazarındakı alətlər tənzimlənməli, alternativ variantlar ortaya çıxmalıdır. Biz ən azı 1-2 il öncədən vəziyyəti görə bilməliyik. Başqa elə bir problem yoxdur. Hər zaman bu bazara investisiya etməyə hazırıq".

Xatıqladaq ki, "AXA-Mbask" 1992-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 19,734 mln. manatdır. Səhmlər 100% Fransanın “AXA” sığorta qrupuna (“AXA Seguros Generales, S.A.") məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274