SIĞORTA

Sığorta şirkəti vəfat edən müştərinin 168 min manatlıq kreditini ödədi
01 İYUL
263

Sığorta şirkəti vəfat edən müştərinin 168 min manatlıq kreditini ödədi

2016-07-01 15:36:00

Azərbaycanın sığorta bazarının ən iri şirkəti olan “PAŞA Həyat” “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti böyük həcmli sığorta ödənişini həyata keçirib. 

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, ölkədə fəaliyyət göstərən  bankların birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 167 617 manat qalıq borc məbləği “PAŞA Həyat” tərəfindən aidiyyatı banka ödənilib.  

Qeyd edək ki, bu sığorta ödənişi Azərbaycan sığorta tarixində ipoteka kreditləri üzrə ödənilən ən iri vəsait hesab olunur. “PAŞA Həyat” tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 5 sığorta hadisəsinə görə ümumilikdə 252 509 manat həcmində sığorta ödənişi verilib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275