SIĞORTA

Azərbaycanda icbari avtosığorta bazarı 6% artıb
01 İYUL
226

Azərbaycanda icbari avtosığorta bazarı 6% artıb

2016-07-01 10:45:00

Cari ilin iyun ayı ərzində Azərbaycan İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 84 292 müqavilə qeydiyyata alınıb. 

Fins.az-ın Büroya istinadən verdiyi xəbərə görə, bunların 12 707-si xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələridir. 2016-cı ilin iyun ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,7 mln. manat təşkil edib.

Ötən ilin iyun ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 7,5%, sığorta haqlarının məbləğində isə 5,6% artım müşahidə edilib.

İyun ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği bu ilin mayı ilə müqayisədə 5,1% artaraq 79,5 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275