SIĞORTA

«Birləşmək təkliflərinə baxa bilərik» - SIĞORTA ŞİRKƏTİNİN RƏHBƏRİ
30 İYUN
528

«Birləşmək təkliflərinə baxa bilərik» - SIĞORTA ŞİRKƏTİNİN RƏHBƏRİ

2016-06-30 15:00:00

İndiyədək «Azsığorta» şirkətinə birləşmək barədə başqa şirkətlərdən bir neçə təklif daxil olsa da, şirkət bunu qəbul etməyib. Bu barədə fins.az-a açıqlamasında şirkətin idarə heyətinin sədri Anar Talıbov bildirib: «Sığorta portfelinin ötürülməsi ilə bağlı bizə bir neçə təklif daxil olub. Amma bu çox incə bir məqamdır. Portfeli ötürmək və onu qəbul etmək asandır. Amma hər bir portfeli qəbul etmək düz deyil».

A.Talıbovun sözlərinə görə, şirkətə edilən təkliflər araşdırılıb amma bunlardan imtina etmək qərara alınıb: «Bununla bağlı bizə bir neçə təklif olub. Amma biz məsələni araşdıraraq nəticədə götürməmək qərarına gəlmişik».

Bununla yanaşı, şirkət rəhbərinin sözlərinə görə, gələcəkdə maraqlı təklif olsa «Azsığorta» bu təklifə baxa və portfeli götürə bilərik.

Şirkət rəhbəri təklifin hansı şirkətdən gəldiyini açıqlamasa da, fins.az-ın məlumatına görə, bir qədər əvvəl «Buta Sığorta»nın «Azsığorta» ilə birləşməsi müzakirə edilib, amma sonradan bu baş tutmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272