SIĞORTA

Tibbi sığorta şəhadətnaməsi və müqaviləsində - DƏYİŞİKLİK
25 İYUN
595

Tibbi sığorta şəhadətnaməsi və müqaviləsində - DƏYİŞİKLİK

2016-06-25 10:29:00

Tibbi sığorta şəhadətnaməsinin forması və onun tətbiqi qaydalarına, həmçinin tibbi sığorta müqaviləsinin forması və bağlanma qaydasına dəyişiklik edilib.

Fins.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərarlarına görə, “Tibbi sığorta şəhadətnaməsinin forması və onun tətbiqi Qaydaları”nın “I. Tibbi sığorta şəhadətnaməsinin forması” bölməsində “(sığortalının tam adı, ünvanı)” sözləri “(sığortalının adı (fiziki şəxs olduqda, həmçinin soyadı, atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda, həmçinin VÖEN-i) və ünvanı)” sözləri ilə, “(soyadı, adı və atasının adı, anadan olduğu il)” sözləri “(adı, soyadı, atasının adı, doğum tarixi, fərdi identifikasiya nömrəsi)” sözləri ilə və “sığorta agentinin soyadı, adı və atasının adı” sözləri “sığorta agentinin adı (fiziki şəxs olduqda, həmçinin soyadı və atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda, həmçinin VÖEN-i) və ünvanı” sözləri ilə əvəz edilib.

Digər qərara əsasən, “Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydası”na əlavə - “Tibbi sığorta müqaviləsi”ndə aşağıdakı dəyişikliklər edilib:

1. Doqquzuncu sətirdə “(vəzifəsi, soyadı, adı və atasının adı)” sözləri “(adı (fiziki şəxs olduqda, həmçinin soyadı, atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda, həmçinin VÖEN-i) və ünvanı)” sözləri ilə əvəz edilsin.

2. I bölmənin 4-cü hissəsinə “doğulduğu yer,” sözlərindən sonra “doğum tarixi, fərdi identifikasiya nömrəsi,” sözləri əlavə edilsin və həmin hissədə “daimi yaşayış yeri” sözləri “ünvanı” sözü ilə əvəz edilsin.

******
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 243
 

№ 243                                    Bakı şəhəri, 22 iyun 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 6 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydası”nda dəyişikliklər edilməsi barədə

 

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 68-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli  1782 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 6 mart tarixli 58 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 3, maddə 213; 2008, N 2, maddə 108, N 6, maddə 581; 2015, N 7, maddə 874) ilə təsdiq edilmiş “Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydası”na əlavə - “Tibbi sığorta müqaviləsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. Doqquzuncu sətirdə “(vəzifəsi, soyadı, adı və atasının adı)” sözləri “(adı (fiziki şəxs olduqda, həmçinin soyadı, atasının adı, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda, həmçinin VÖEN-i) və ünvanı)” sözləri ilə əvəz edilsin.

2. I bölmənin 4-cü hissəsinə “doğulduğu yer,” sözlərindən sonra “doğum tarixi, fərdi identifikasiya nömrəsi,” sözləri əlavə edilsin və həmin hissədə “daimi yaşayış yeri” sözləri “ünvanı” sözü ilə əvəz edilsin.

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275