SIĞORTA

​Azərbaycanda avtomobillərin 62%-i icbari qaydada sığortalanır
24 İYUN
322

​Azərbaycanda avtomobillərin 62%-i icbari qaydada sığortalanır

2016-06-24 16:21:00

Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinin təxminən 62%-i icbari qaydada sığortalanır. Fins.az xəbər verir ki, bu barədə Bakıda keçirilən VII Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF-2016) çərçivəsində təşkil olunmuş "Avtomobil sığortası" adlı seminarda İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda ölkədə rəsmən 1 291 008 avtomobil olsa da, bunun 797 426-sının sahibi mülki məsuliyyətini sığortalayır: "Təəssüf ki, son 20-30 ildə bizdə utilizasiya proqramı olmayıb. Buna görə də sığortalı nəqliyyat vasitələri arasında istifadə olunanların sayını dəqiq müəyyən edə bilmirik. Lakin təxmini hesablamalar bu rəqəmin 493 582 olduğunu göstərir". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275