SIĞORTA

Azərbaycan sığorta tarifləri artacaq-"YAŞIL KART" SİSTEMİNDƏ
24 İYUN
227

Azərbaycan sığorta tarifləri artacaq-"YAŞIL KART" SİSTEMİNDƏ

2016-06-24 15:13:00

Azərbaycanda “Yaşıl Kart” sığorta sistemi üzrə tariflər artırıla bilər. Fins.az "Report"-a istinadən xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev bildirib.

Onun sözlərinə görə, indi qüvvədə olan və növbəti ilin mart ayına qədər nəzərdə tutulmuş tariflər ikili devalvasiyadan öncə müəyyən edilib: “O vaxt biz tarifləri müəyyən edən zaman Rusiya və Türkiyədəki qiymətləri nəzərə almışdıq. Lakin manatın iki dəfə devalvasiyasından sonra Azərbaycandakı tariflər qonşu ölkələrdən xeyli aşağı olub. Odur ki, “Yaşıl Kart” sistemi üzrə tariflərin artırılması istisna deyil. Bununla bağlı aidiyyəti qurumlara tövsiyyələrimizi vermişik”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272