SIĞORTA

“Yaşıl kart” sistemində 220 min AZN sığorta mükafatı toplanıb- İSB
24 İYUN
115

“Yaşıl kart” sistemində 220 min AZN sığorta mükafatı toplanıb- İSB

2016-06-24 14:32:00

Azərbaycanda icbari sığorta məhsullarının "Elektron imza" ilə satılması ilə bağlı texniki işləri gedir. 

İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev bildirib ki, icbari sığorta sistemi polisləri İSB tərəfindən verilsə də, bütün ödənişləri izləyə bilmirlər. Sığorta təzminatları birbaşa deyil, köçürmə vasitəsilə sığortaçıya çatırsa, problemlər qalır.

Qeyd edək ki, ümumilikdə ölkədə 1 297 mindən çox nəqliyyat vasitəsi qeydiyyata alınıb. Bunun 797 mindən bir qədər çoxu icbari sığortaya malikdir. Bu isə ümumi nəqliyyat vasitələrinin 62 fazini təşkil edir. Real olaraq istifadə edilən nəqliyyat vasitələrinin sayı isə dəqiq məlum deyil.

2015-ci ildə təzminat tələblərinin sayı 19 minə yaxın olub və 22 milyon manatdan çox tələb ödənilib. Bu isə 2014-cü illə müqayisədə 15 faiz azdır.

Həmçinin “Yaşıl kart” sistemi üzrə Azərbaycanda sığorta hadisələrinin qeydiyyatı aparılır. Ukrayna və Türkiyə ilə bağlı 2 sorğu olub və İSB onlara müsbət cavab verib. Ümumilikdə isə “Yaşıl kart” sistemindən istifadə üçün Azərbaycan 1434 kart verib və nəticədə 220 820 manat mükafat toplanılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272