SIĞORTA

"Sığorta tarifləri sərbəst buraxılmalıdır" - SERGEY SİMONİTİ
24 İYUN
234

"Sığorta tarifləri sərbəst buraxılmalıdır" - SERGEY SİMONİTİ

2016-06-24 13:59:00

Sığorta bazarında qiymətlərin tənzimlənməsi sistemi tam sərbəst rəqabət şəraitində müəyyən edilməsi ilə əvəz olunmalıdır. Fins.az xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Sığorta Forumunda Sloveniya Sığorta Nəzarəti Agentliyinin prezidenti Sergey Simoniti deyib.

Onun sözlərinə görə, bəzən hökumətlər istehlakçıların marağını nəzərə alaraq sığorta haqlarına müəyyən limitlər tətbiq edir. Bu isə sığorta şirkətlərinin zərərlə işləməsinə səbəb olur.

"Odur ki, sığorta bazarında icbari sığorta növləri də daxil olmaqla tariflər sərbəst buraxılmalı, əvəzində sığorta şirkətlərindən baş vermiş sığorta hadisələrinə görə ödənişin maksimum qısa müddətdə həyata keçirilməsi tələb olunmalıdır", - deyə S.Simoniti vurğulayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275