SIĞORTA

“Audatex”-in 5 %-nin satılması iyulda açıqlanacaq” - ZAKİR KƏRİMZADƏ
24 İYUN
215

“Audatex”-in 5 %-nin satılması iyulda açıqlanacaq” - ZAKİR KƏRİMZADƏ

2016-06-24 13:54:00

“Audatex”-in səhmlərinin bir hissəsinin İcbari Sığorta Bürosuna satılması ilə bağlı qərar iyul ayının əvvəlində veriləcək. Fins.az xəbər verir ki, bunu şirkətin icraçı direktoru Zakir Kərimzadə deyib. Onun sözlərinə görə, iyul ayının əvvəlində baş ofisin nümayəndələri artıq Azərbaycanda olacaq. “Görüşün nəticələrindən asılı olaraq şirkətin 5%-nin nə vaxt İcbari Sığorta Bürosuna satmağı müəyyən olunacaq”. Direktor bu qərarda hər iki tərəfin maraqlı olduğunu qeyd edib. Onun sözlərinə görə, hər bir xarici şirkət həm yerli bazarın inkişafını, həm də özünün bazardakı mövqeyini artırmaq üçün yerli partnyor axtarır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270