SIĞORTA

Bu ölkədə icbari sığortada təzminat ödənişləri 30-35% artıb
24 İYUN
159

Bu ölkədə icbari sığortada təzminat ödənişləri 30-35% artıb

2016-06-24 12:19:00

“Birbaşa təzminat sisteminin yaranması, şirkətlər üzrə zərərlərin ödənilməsini münasib edib.” Fins.az xəbər verir ki, bunu Bakıda keçirilən VII Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində təşkil olunmuş "Avtomobil sığortası" adlı seminarda Rusiya Avtomobil Sığortaçıalrı Assosiasiyası, departament direktorunu müavini Aleksey Mertsalov deyib. Onun sözlərinə görə, Rusiyada birbaşa təzminat sisteminin yaradılması aşağıdakı müsbət dəyişikliklərə səbəb olub:

• İcbari iştirak

• Sığorta şirkətləri arasında əlaqələndirmənin yaradılması

• Maliyə hesablaşmanın vahid mərkəzdən idarə olunması Sistemin tətbiq olunmasından sonra əlaqələndirmə aşağıdakı kimi həyata keçirilir: Müştəri sığorta hadisəsi ilə bağlı ərziə verir, sığortaçı zərərverənə bu barədə xəbər göndərir.

Artıq bundan sonra sığortaçı tələbin ödənilməsi ilə bağlı iş görə bilər. Hesablaşmalar həftəlik əsasda yerinə yetirilir. Şirkət 20 iş günü ərzində müştəriyə təzminat ödəyir. Rusiyada bu proseslərə Rusiya Sığortaçılar Asossiasiyası və Rusiya Bankı nəzarət edir. İcbari sığortada təzminat ödənişləri 30-35% artıb. Rusiyada hazırda 1 rüb ərzində təxminən 1.5 mlrd dollar icbari sığorta ödənişi edilir. Zəruri hallarda Zəmanət Fondunun məbləği təzminatın ödənilməsinə xərclənir. Yəni şirkət bağlandıqda və ya şirkətin vəsaiti yetəri qədər olmadıqda təzmiat Fod tərəfindən ödənilir Rusiyada hazırda Belçika sisteminin təcrübəsindən istifadə edir: Təzminat məbləği hesablanir, sığortaçı dərhal adekvat məbləği ödəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275