SIĞORTA

"Paşa Həyat"dan yeni məhsul - AÇIQLAMA
24 İYUN
244

"Paşa Həyat"dan yeni məhsul - AÇIQLAMA

2016-06-24 11:35:00

2017-ci ildə “PAŞA Həyat” sığorta şirkəti banklarla birgə yeni məhsulların yaradılması istiqamətində aktiv iş görəcək.

Fins.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə “PAŞA Həyat”ın İdarə Heyətinin üzvü Rüstəm Məmmədov məlumat verib. 

“Şirkətimiz 149 milyon manat aktivə, 119 milyon manat investisiya portfelinə malikdir.  Sığorta sahəsində ən böyük aktivə malik şirkətik. Buna səbəb isə odur ki, bu günə kimi aktiv şəkildə əməkdaşlığa əhəmiyyət verilib. “PAŞA Həyat” ciddi şəkildə müştəri münasibətlərinə fokuslanmış şirkətdir”, - deyə R.Məmmədov vurğulayıb.

R. Məmmədov əlavə edib ki, şirkətin həyat sığortasında yığımlar üzrə bazarda payı 42%, ümumi bazar payı isə 12,3% təşkil edir: “Ödənişlər üzrə bazar payımız isə daha yüksəkdir. Son üç ildə bazarda ödənişlərin 54,5%-i “PAŞA Həyat”ın payına düşüb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270