SIĞORTA

«Azərbaycan üçün əsas risklər quraqlıq və subasmadır» - LEAH SOROKA
23 İYUN
297

«Azərbaycan üçün əsas risklər quraqlıq və subasmadır» - LEAH SOROKA

2016-06-23 19:43:00

Kənd təsərrüfatı sahəsində sığortanın tətbiqi üçün əsas məsələlərdən biri maliyyə monitorinqidir. Fins.az-ın məlumatına görə, bu barədə Beynəlxaql Maliyyə Korporasiyası (İFC), Şərqi Avropa və Mərkəzi Asiya üzrə proqram meneceri Leah Soroka Bakıda keçirilən Beynəlxalq Sığorta Forumunda (AİİF-2016) çıxışında bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində yüksək kapitallı investisiyalar tələb olunur, kənd təsərrüfatı ilə bağı kreditlər götürülür. Belə bir vəziyyətdə monitorinq problemi olan ölkələrdə müəyyən çətinliklər yaşanır.

Ekspert aqrar sığortada dövlətin rolunun böyük olduğunu bildirib. Onun sözlərinə görə, TARSIM modelində dövlət subsidiyaları təxminən ödənilən məbləğə bərabərdir. Amma onlar mühiti formalaşdırır və biznes maliyyə alətlərini təkmilləşdirirlər.

Ekspert bildirib ki, aqrar sığorta üçün əsas risklər hava şəraiti ilə bağlıdır. Onun sözlərinə görə, hazırda BMK bu sahədə müxtəlif ölkələr, o cümlədən Ukrayna ilə işləyir: «Biz Ukraynada kənd təsərrüfatı sığortasını inkişaf etdiririk. Ukraynada kənd təsərrüfatı məhsulalrı ÜDM-nin 16%-ni, ixracın isə 15%-ni təşkil edir». Burada hava şəraitinin aqrar sahəyə necə zərər vurduğu hamıya məlumdur: «Son 10 ildə təbii fəlakətlər – quraqlıq və subasmalar nəticəsində Ukraynanın kənd təsərrüfatına 3 milyard dollar zərər dəyib».

Ukraynada kənd təsərrüfatı sığortasının özəlliklərini açıqlayan ekspert bildirib ki, Ukraynada hazırda dövlət tərəfindən 0 faiz subsidiya verilir: «Ukraynada Sygenta, bank və kənd təsərrüfatı istehsalıçısı hərəsi sığortanın müəyyən bir hissəsini ödəyir. Beləcə siz sığorta polisini alırsınız».
Bununla yanaşı, ekspert maliyyə monitorinqinin vacibliyini yenidən xatırladıb: «Subsidiyalar vacib alətdir, amma bəzən şirkətlər bu subsidiyalardan yararlanaraq ondan sui istifadə edirdilər. İnkşafa nail olmaq üçün təkmil olmayan tərəfdaşlıqdan kənar durmalıyıq».

Azərbaycanda kənd təsərrüfatı sığortasının perspektivlərinə və əhəmiyyətinə toxunan L.Soroka bildirib ki, ölkəmizdə müxtəlif regionların üzləşdiyi əsas problemlər quraqlıq və su basqınlarıdır. Bu sahədə ən böyük zərərlər isə 2000 və 2014-cü illərdə qeydə alınıb: «Azərbaycanda 2000-ci ildə 100 milyonn zərər dəymişdi. 2014-cü ildə isə quraqlıq baş vermişdi. Müstəqil kənd təsərrüfatı sığortası tətbiq etmək üçün riskləri və adaptiv şəraiti nəzərə almalıyıq. Bu mənada Azərbaycanda da ucuz sığorta proqramları tətbiq olunmalıdır».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272