SIĞORTA

Beynəlxalq Sığorta Şirkəti nəzarət auditini müvəffəqiyyətlə keçib
23 İYUN
228

Beynəlxalq Sığorta Şirkəti nəzarət auditini müvəffəqiyyətlə keçib

2016-06-23 16:08:00

Bu ilin 13-14 iyun tarixlərində dünyanın ən böyük və nüfuzlu idarəetmə sisteminin sertifikatlaşdırılması şirkəti olan SGS-in Bakı ofisinin auditoru tərəfindən Beynəlxalq Sığorta Şirkətində (BSŞ) keyfiyyətin idarəetmə sisteminin ISO 9001:2008 Beynəlxalq Standartının tələblərinə uyğunluğunun yoxlanılması ilə bağlı növbəti nəzarət auditi keçirilib.

Şirkətdən fins.az-a verilən məlumata görə, BSŞ-nin bütün struktur vahidlərini və vəzifəli şəxslərini əhatə edən bu yoxlama müvəffəqiyyətlə başa çatıb. «Audit hesabatında Şirkət rəhbərliyinin liderliyi, əməkdaşların peşəkarlığı və keyfiyyət üzrə mütəxəssisin yüksək hazırlığı kimi müsbət müşahidələr əks olunub»-deyə məlumatda bildirilir.

Qeyd edək ki, BSŞ 2006-cı ildə ilk dəfə ISO 9001:2000 Beynəlxalq Standartına uyğunluq barədə sertifikat alıb. 2006-cı ildən 2015-ci ilədək Beynəlxalq Sığorta Şirkətində «SGS Kazakhstan Ltd», «SGS Tashkent Ltd», «SGS Azeri Ltd» şirkətlərinin aparıcı auditorları tərəfindən hər il yoxlama keçirilib.

Qeyd etmək lazımdır ki, Beynəlxalq Sığorta Şirkəti 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmişdir. 2012-ci ildə sığorta fəaliyyətinə müddətsiz lisenziya almış şirkət hazırda müştərilərə 32 sığorta növü üzrə sığorta xidmətləri göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272