SIĞORTA

«Əmlak və nəqliyyat vasitələrinin sığortası əsas paya malikdir»
23 İYUN
174

«Əmlak və nəqliyyat vasitələrinin sığortası əsas paya malikdir»

2016-06-23 15:49:00

Azərbaycanın yeganə təkrarsığorta şirkəti olan «AzRE»nin İdarə Heyətinin sədri Fuad Quliyev Beynəlxalq Sığorta Formunda çıxışına ölkə iqtisadiyyatının vəziyyəti ilə bağlı göstəricilərlə başlayıb. Onun sözlərinə görə, sədr hər 3 reytinq agentliyinin Azərbaycan ilə bağlı proqnozları azaltdığını xatırladıb: «Reytinq agentlikləri Azərbaycan üzrə göstəricini 2015-ci ildə «BB» səviyyəsindən «BB+» və «BB1» səviyyəsinə endirib» deyə Fuad Quliyev əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan sığorta bazarında fəaliyyət göstərən şirkətlərin aktivləri bir il ərzində 15% artaraq, 2015-ci ildə 1 mlrd. 12 mln. manat təşkil edib. «AzRe» rəhbəri bildirib ki, ümumiyyətdə Azərbaycanda 10 şirkət təkrarsığorta ilə məşğuldur: «Azərbaycanda təkrar sığorta ilə məşğul olan yeganə şirkət AzRe-dir. 9 yerli şirkət təkrarsığorta ilə bağlı lisenziya əldə edib. 8 yerli şirkət isə təkrarsığorta brokeri kimi fəaliyyət göstərir».

Onnu sözlərinə görə, təkrarsığorta bazarında yerli şirkətlər üçün zərərlilik əmsalı 28% , xarici şirkətlər üçün isə 8% təşkil edir. Azərbaycan təkrarsığorta bazarında xarici şirkətlər arasında 43% yeri Böyük Britaniya , 10%-i isə Qazaxstan tutur.

Şirkət rəhbəri bildirib ki, təkrarsığorta bazarında əsas payı əmlak və nəqliyyat vasitələrinin sığortası sahəsi tutur. Sonda Fuad Qarayev AzRe şirkəti və onun 2007-ci ildən bəri keçdiyi inkşaf yolundan danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271