SIĞORTA

"AzRe": Təkrarsığorta xarici şirkətlər üçün daha əlverişlidir
23 İYUN
159

"AzRe": Təkrarsığorta xarici şirkətlər üçün daha əlverişlidir

2016-06-23 13:56:00

2015-ci ildə təkrarsığorta mükafatların həcmi 132 mln. manata bərabər olub. Fins.az xəbər verir ki,bunu Bakıda keçirilən VII Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2016) "AzRe Təkrarsığorta" ASC-nin İdarə Heyətinin sədri Fuad Quliyev deyib.

Onun sözlərinə görə, bunun 44%-i yerli, 56%-i isə xarici şirkətlərin payına düşüb: "Bu ilin I rübündə də vəziyyət dəyişməyib. Təkrarsığorta üzrə ödənişlər 22-23 mln. manat civarında olub. Bunun da 25%-i xarici şirkətlərin payına düşür. Zərərlilik əmsalı yerli şirkətlər üçün 28%, xarici şirkətlər üçün 8%-ə barəbərdir. Başqa sözlə, təkrarsığorta xarici şirkətlər üçün daha əlverişlidir. Təkrarsığortada həyat sığortasının payı cəmi 2,2%-dir. Azərbaycanda təkrarsığorta əməliyyatları əsasən mülkiyyət və nəqliyyat vasitələrinin sığortalanması ilə bağlıdır. Əməliyyatların 37%-i digər sığorta növlərinin payına düşür".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275