SIĞORTA

Rüfət Aslanlı: Sığorta bazarında əcnəbi sərmayədarlar üçün hər cür şərait var
23 İYUN
250

Rüfət Aslanlı: Sığorta bazarında əcnəbi sərmayədarlar üçün hər cür şərait var

2016-06-23 12:26:00

Azərbaycanın sığorta bazarında yerli və əcnəbi sərmayədarlar üçün hər cür şərait yaradılıb.

Fins.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı VII Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2016) çıxış edərkən deyib.

Onun sözlərinə görə, son 6-7 ildə sığorta yığımları 3 dəfə, ödənişləri isə 2 dəfə artıb:

"Sığorta sektorunda istehlakçıların hüquqlarının qorunması üzrə böyük işlər görülüb, lakin sığorta sahəsi ölkə əhalisini ən çox narahat etməkdə qalır. Sığorta xidmətlərinin istehlakçılarının şikayətləri əhalinin Palataya müraciətləri arasında üstünlük təşkil edir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275