SIĞORTA

"Fitch": Azərbaycanda qeyri-həyat sığortası tənəzzülə uğrayıb, anderraytinq bərbad vəziyyətdədir
23 İYUN
346

"Fitch": Azərbaycanda qeyri-həyat sığortası tənəzzülə uğrayıb, anderraytinq bərbad vəziyyətdədir

2016-06-23 12:24:00

"Azərbaycanda həyat sığortası ilə bağlı yığımlar digərMDB ölkələri ilə müqayisədə yüksək çəkiyə malikdir".

Fins.az APA-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən VII Beynəlxalq Sığorta Forumunda (AIIF-2016) "Fitch" beynəlxalq reytinq agentliyinin MDB ölkələri üzrə nümayəndəliyinin direktoru Anastasiya Litvinova deyib.

Onun sözlərinə görə, buna baxmayaraq qeyri-həyat sığortası 2015-cı ildən tənəzzülə uğrayıb: "Biz görürük ki, bazarda kapital konsentrasiyası yüksək səviyyədədir. Bir neçə əsas bazar iştirakçısı var. 2015-ci ildə bu sektordan son iki ildə əldə olunan gəlir Rusiya və Qazaxıstan bazarından fərqli olaraq aşağı səviyyədə olub. Digər ölkələr kimi, Azərbaycan da devalvasiyadan əziyyət çəkib".

A. Litvinova əlavə edib ki, Azərbaycanın sığorta bazarında anderraytinqlə bağlı vəziyyət çox bərbaddır: "İnvestisiyalar üçün isə bu nəticə münasib şərait yaratmır. Bu sektorda olan əsas nailiyyət həyat sığortası ilə bağlıdır. Qeyri-həyat sığortası devalvasiyadan zərər çəkib. Sığorta sektoru bank sektorundan asılıdır. Tənzimləyici qurumlar, banklar tərəfindən bu sektor əhəmiyyət verilmir. Sığorta bazarı ilə bağlı müvafiq tənzimləmələrin olması sistemə kömək edə bilər. İcbari sığortada anderraytinqlə bağlı iştirakçıların sayı məhduddur. Sektorun inkişafı ilə bağlı əsas problem sağlam anderraytinqin olmaması ilə bağlıdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275