SIĞORTA

«Azərbaycanda sığorta ombudsmanı yaradılacaq» - PALATA TƏMSİLÇİSİ
23 İYUN
447

«Azərbaycanda sığorta ombudsmanı yaradılacaq» - PALATA TƏMSİLÇİSİ

2016-06-23 11:32:00

«Maliyyə Bazarlarına Nəzarət Palatasının əsas vəzifəsi bank, sığorta və kapital bazarına nəzarət mexanizmini həyata keçirməkdir». Fins.az xəbər verir ki, bunu Beynəlxalq Sığorta Formunda Maliyyə Bazarlarına Nəzarət Palatası, Strateji Xidmətlər Departamentinin Direktoru Asim Zülfüqarov deyib.

Asim Zülfüqarov bu zəmində görülən işlərə misal olaraq konsolidasiya olunmuş nəzarət mexanizmlərinin işlənib hazırlanmasını misal göstərib.

“Makro prudensial idarəetmə və tənzimləmə üzrə beynəlxalq səviyyədə qəbul edilmiş standartların tətbiqi zəruridir. Banklar üçün nəzərdə tutulan yeni standartların tətbiqini təmin etmək üçün bu işləri həm bank həm də sığorta bazarırnda eyni anda başa çatdırmağı fikirləşirik”.

A.Zülfüqarov bildirib ki, palata sığorta sahəsində aşağıdakı işləri planlaşdırır:

• Keyfiyyətli risk transferi sistemlərinin qurulması- burada təkrarsığortanın önəmi xüsusilə vacibdir,

• Sığorta iştirakçılarının lokal səviyyədən regional səviyyəyə keçməsi,

• Sığorta ombudsmanlarının yaradılması.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275