SIĞORTA

Azərbaycanın sığorta şirkəti – İRAN BAZARINDA
23 İYUN
435

Azərbaycanın sığorta şirkəti – İRAN BAZARINDA

2016-06-23 11:21:00

Azərbaycanın yeganə təkrarsığorta şirkəti "AzRe" İranın sığorta bazarında fəaliyyətə başlayıb. Bu barədə fins.az-a "AzRE"nin idarə heyətinin sədr müavini Vüsal Abbasov bildirib. Onun sözlərinə görə, artıq İranan sığopta şirkətləri ilə risklərin qəbulşu ilə bağlı 7-8 müqavilə bağlanıb: «İranın sığorta bazarı çox böyükdür – illik həcmi 7-8 milyard dollar təşkil edir və biz gələcəkdə bu ölkədə fəaliyyətimizi genişləndirəcəyik».

Qeyd edək ki, "AzRe"nin beynəlxalq reytinqi ona dünyanın müxtəlif ölkələrində təkrar sığopta risklərini qəbul etməyə imkan verir. V.Abbasov şirkətin digər ölkələrdə də fəaliyyətini genişləndirəcəyini bildirib. Onun sözlərinə görə, əsas diqqət MDB ölkələrinə yönəldiləcək, «çünki bu ölkələrin bazarları daha yaxın və tanışdır».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275