SIĞORTA

​İSB: Azərbaycanda icbari avtosığortanın bahalaşdırılmasına ehtiyac yoxdur
23 İYUN
176

​İSB: Azərbaycanda icbari avtosığortanın bahalaşdırılmasına ehtiyac yoxdur

2016-06-23 11:02:00

Azərbaycanda avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortalanması tariflərinin artırılmasına hazırda ehtiyac yoxdur. Fins.az-ın “Report”-a istinadən məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum mütəmadi olaraq digər ölkələrdə avtomobillərin icbari sığortası üzrə zərərlilik məlumatlarını Azərbaycandakı analoji göstəricilərlə müqayisədə edir: “Elə ölkələr var ki, orada zərərlilik 98-99%-dir. Bizdə nəzərəçarpacaq dərəcədə aşağıdır". 

"Əsas problem icbari sığorta ilə məşğul olan şirkətlərin ödədiyi artıq komisyon haqları, endirimlərlə bağlı idi. Bununla əlaqədar da Maliyyə Bazarlarına Nəzarət Palatası lazımi tədbirlər görür. Artıq normal işləmək mümkündür”, - deyə İSB rəhbəri əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272