SIĞORTA

​Azərbaycan və Rusiya "Yaşıl Kart" problemini həll edib
23 İYUN
237

​Azərbaycan və Rusiya "Yaşıl Kart" problemini həll edib

2016-06-23 10:33:00

Azərbaycanla Rusiya arasında sığorta sahəsində "Yaşıl Kart" sisteminin tətbiqinə dair məsələ artıq həllini tapıb. Fins.-ın "Report"-a istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev deyib.

Onun sözlərnə görə, ötən həftə Rusiya tərəfi bu məsələyə dair müvafiq müqavilənin bağlanmasına razılıq verib: "Burada məsələ bir qədər siyasiləşdirilmişdir. "Yaşıl Kart"ın bütün Azərbaycan ərazisində tətbiqi ilə bağlı məsələ var idi. İşğal olunmuş ərazilərlə bağlı 6 aydan artıq danışıqlar aparılıb və məsələ artıq öz həllini tapıb. Rusiyanın "Yaşıl Kart" Bürosunun rəhbərliyi hazırda Bakıdadır və bu günlərdə yəgin ki, müqavilə imzalayacağıq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270