SIĞORTA

“Sığorta tariflərinin artırılmasına ehtiyac yoxdur” - İSB
23 İYUN
653

“Sığorta tariflərinin artırılmasına ehtiyac yoxdur” - İSB

2016-06-23 10:30:00

Avtomobil sahiblərinin mülkü məsuliyyətinin icbari sığortası üzrə tariflərin artırılmasına ehtiyac yoxdur.

Fins.az-ın “Marja”-ya istinadən məlumatına görə, bunu jurnalistlərə İcbari Sığorta Bürosunun İcraçı direktoru Elxan Quliyev bildirib.

“Digər ölkələrdə zərərlilik 98-99%-ə çatıb. Bizdə zərərlilik bu qədər yüksək deyil. Şirkətlərdə ən böyük problem agentlərə ödənilən komissiyalar ilə əlaqədardır. Bununla bağlı müvafiq tədbirlər görülür”,- o deyib.

Qeyd edək ki, devalvasiyalardan sonra  idxal olunan ehtiyat hissələri bahalaşdığından avtomobillərin təmiri sığorta şirkətlərinə bir qədər baha başa gəlir. Bununla bağlı olaraq  tez-tez-sığorta haqlarının artırılması gündəmə gəlir.

Tələbə görə,  sığorta şirkətləri agentlərə 15% komissiya ödəməlidirlər. Lakin reallıqda ödənilən komissiya 35-40%-ə çatır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272