SIĞORTA

"İSB-nin investisiya portfeli 34 milyon manata çatacaq"-AÇIQLAMA
23 İYUN
94

"İSB-nin investisiya portfeli 34 milyon manata çatacaq"-AÇIQLAMA

2016-06-23 10:00:00

İcbari Sığorta Bürosunun (İSB) investisiya portfeli ilin sonuna qədər 33-34 milyon manata çatacaq. Fins.az xəbər verir ki, bunu İSB-nin icraçı direktoru Elxan Quliyev bildirib.

Onun sözlərinə görə, hazırda ümumi portfelin həcmi 30 milyon manatdan artıqdır. "2014-cü illə müqayisədə 2015-ci ildə investisiya portfeli 50%-dən çox artıb. Ümumi portfel yalnız manat ekvivalentində deyil. İnvestisiya portfeli dollar, avro, qiymətli kağızlar arasında bölünüb", - deyə E. Quliyev qeyd edib.

İcraçı direktor əlavə edib ki, qiymətli kağız formasında Maliyyə Nazirliyinin, o cümlədən digər müəssisə və təşkilatların qiymətli kağızlarına investisiya yatırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270