SIĞORTA

Sınmış telefona 660 manat - “BUTA”NIN SONUNCU ÖDƏNIŞLƏRİ
18 İYUN
667

Sınmış telefona 660 manat - “BUTA”NIN SONUNCU ÖDƏNIŞLƏRİ

2016-06-18 11:06:00

“Buta Sığorta” şirkəti may ayı üzrə elektron cihaz sığortası ilə bağlı ödənişlərini açıqlayıb. Şirkətin sığorta hadisələri departamentinin mütəxəssisi Elçin Həsənov fins.az-a bildirib ki, bir ay ərzində elektron cihaz və məişət avadanlıqlarına dəyən ziyan üzrə 8 504 manat sığorta ödənişi verilib. Sığorta hadisələri əsasən telefon, planşet və televizorlarla bağlı olub.

Bahalı telefonu əlndən saldı -659 manat ziyan

Telefon və planşetlər əsasən əldə yerə düşərək, suya düşərək, cibdə sıxılma hallarına görə yararsız vəziyyətə düşüb. Telefonlar üzrə ən böyük ödəniş yeni “Samsung SMG9” smartfonuna görə verilib. Belə ki, may ayının 3-də müştəri sığortalı telefonu əlindən yerə salıb. Nəticədə telefonun ekranında çat yaranıb, platası isə əyilib. E.Hüseynov bildirib ki, 1000 manatlıq olan telefonun təmir xərci 659 manat olub. Digər müştəri isə “Samsung” markalı planşetini sındırıb. Yerə düşən planşetin ekranı yararsız hala düşüb. Ekranın yenilənməsi 399 manata başa gəlib.

Uşaqlar televizoru sındırdı -331 manat ödəniş

Digər bir hadisədə evdə oynayan uşaqlar televizoru yararsız hala salıblar. Hadisə may ayının əvvəlində Yasamal rayonunda baş verib. Uşaqların atdığı əşya LCD televizorun ekranını yararsız hala salıb. Müştəri hadisə ilə bağlı “Buta Sığorta”ya müraciət edib. Sığorta şirkəti 331 manatlıq təmir xərcini qarşılayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272