SIĞORTA

İşsizlərə sığorta ödənişi veriləcək – MƏBLƏĞLƏR
16 İYUN
2517

İşsizlərə sığorta ödənişi veriləcək – MƏBLƏĞLƏR

2016-06-16 09:45:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi «İşsizlik sığortası haqqında» qanun layihəsini hazırlayaraq baxılması üçün hökumətə təqdim edib. Nazir müavini İdris İsayev fins.az-a bildirib ki, artıq bu layihə bütün əlaqədar övlət qurumları ilə razılaşdırılıb. Qanunun parlamentin payız sessiyasında qəbul ediləcəyi və 2017-ci ilin əvvəlindən işə düşəcəyi gözlənilir.

Yeni qanun layihəsinə görə, işsizlikdən sığorta haqqı ümumilikdə işçinin əmək haqqının 1%-i qədər olacaq. Bunun 0,5%-ni işçi özü, 0,5%-ni isə işə götürən ödəyəcək. «Bu dünyada ən aşağı göstəricilərdən biridir. Digər ölkələrdə bu göstərici daha yüksəkdir və bəzən hətta əmək haqqının 3-5%-nə çatır»-deyə nazir müavini bildirib.

Amma qanuna görə, işsizlik sığortası hazırda fəaliyyət göstərən yardım sisteminə oxşamayacaq, yəni yardım olmayacaq. Qanuna görə, işsiz vətəndaşa sığorta ödənişi veriləcək (indii bu işsizliyə görə müavinət adlanır). Amma bu məbləğ diferensiallaşdırılıb, yəni işçinin stajından və işsiz qaldığı dövrdən asılı olaraq dəyişəcək.

Yəni işçinin stajı böyük olduqca sığopta ödənişi də böyük olacaq, işsiz qaldığı müddət artdıqca isə ödəniş də azalacaq. Belə ki, qanuna görə,

İşsizlikdən sığorta ilk növbədə o insanlara şamil ediləcək ki, onlar işdən ixtisar ediliblər, və ya müəssisələri bağlınıb və işsiz statusu alıblar. Onlara ödənişlər stajdan asılı olacaq. İşçinin əmək stajı 10 ildən artıqdırsa, o işsiz qalanda onun aylıq ödənişi son 12 ay ərzində orta aylıq maaşının 65%-i qədər olacaq. Əgər işçinin əmək stajı 5-10 il arasındadırsa, sığopta ödənişi bir qədər də az olacaq, stajı 3-5 il olanlar üçün ödəniş daha az, 3 ildən az olanlar üçün isə minimum məbləğdə ödəniş veriləcək.

Hər dəfə müraciət üçün sığopta ödənişi müddəti maksimum 6 ay nəzərdə tutulub. Vətəndaş işsizlikdən sığorptaya görə ilk dəfə müraciət edirsə onu 6 ay müddətinə ödəniş təüyin edilir. 6 ayın özündə də ödənişlər eyni məbləğlə olmayacaq. İlk iki ayda işsiz şəxs ona təyin olunan aylıq ödənişi 100% alacaq, sonrakı 2 ayda bu ödəniş 80%-ə, sonrakı iki ayda isə 70%-ni alacaq.

İşsiz şəxs bu müddət ərzində iş tapa bilməsə və yenidən sığopta ödənişi üçün müraciət etsə, ona 3 ay müddətinə sığorta ödənişi veriləcək. Ödənişlərin məbləği getdikcə azalacaq və minimum həddə düşəcək. Minimum hədd isə minimum əmək haqqı həddində olacaq.

Nazir müavini bildirib ki, nazirlik işsizlərə təkcə sığorta ödənişi vermək fikrində deyil, onlarla fərdi məşğulluq proqramı həyata keçiriləcək: «Yəni işsiz insana sığorta ödənişi kəsilibsə, bu o demək deyil ki, bu hər ay onu davamlı alacaq. Qaydaya görə, o hər ay gəlməlidir məşğulluq orqanına, sübut etməlidir ki, iş axtarır, və o gəldiyi zaman ona aktiv məşğulluq tədbirləri təklif olunacaq. Məsələn peşə hazırlığı, ixtisasını artırmaq və ya dəyişməsi və s.». Əgər işçi doğrudan da iş axtardığını sübut edə bilməsə və bu tədbirlərdə iştirak etməsə, ona sığorta ödənişinin verilməsi növbəti aydan etibarən dayandırılacaq.

Nazir müavini bildirib ki, yeni qanunun tətğiqi toplanacaq vəsaitlərin təqribən yarısı özünəməşğulluq tədbirlərinə sərf ediləcək ki, həmin şəxslərin məşğulluğu təmin edilsin. Bu istiqamətə sərf ediləcək vəsait təqribən 25 milyon olacaq (yəni ümumi yığılan vəsait 50 milyon manata yaxın olacaq).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272