SIĞORTA

Sığorta şirkəti 7 bölgədə nümayəndəlik açıb
14 İYUN
520

Sığorta şirkəti 7 bölgədə nümayəndəlik açıb

2016-06-14 11:27:00

Azərbaycanın yenicə rebrendinq edilmiş sığorta şirkəti olan «Qala sığorta» fəaliyyətini genişləndirib. Şirkətin rəhbəri Viladi Maniyev fins.az-a bildirib ki, artıq «Qala sığorta»nın 7 bölgədə nümaynədəliyi açılıb: «Qanunvericiliyə görə, icbari sığorta növləri ilə məşğul olan şirkətlərin ölkənin bütün iqtisadi zonalarında filialları olmalıdır. İki iqtisadi zona işğal altında olduğuna görə, orada filial olmayacaq və nümaynədəlik 8 zonada açılmalıdır».

V.Maniyev bildirib ki, hazırda artıq 6 bölgədə nümaynədəliklər açılıb. Bunlar Gəncə, Şəki, Lənkəran və digər şəhərlərdir. 7-ci nümaynədəlik Naxçıvanda açılacaq və bununla bağlı işlər aparılır. Şirkət rəhbərinin sözlərinə görə, nümaynədəlikdə bütün növ sığorta xidmətləri göstəriləcək. Amma ilkin olaraq burada iddialarla məşğul olacaqlar: «Onlar ilk növbədə iddialarla məşğul olacaqlar. İşləri yerində araşdıracaqlar, sonradan satışlar da aparılacaq».

«Hələlik nümaynədəliklərin hər birində cəmi 1 nəfər çalışır. Amma satışlar başlananda ştat da böyüyəcək»-deyə şirkət rəhbəri bildirib. Hazırda şirkət əmlak və məsuliyyət sığortası, o cümlədən peşə məsuliyyətinin sığortası ilə məşğul olur. Şirkət icbari əmlak sığoptası lisenziyası aldığına görə, bu sahədə də fəaliyyətini genişləndirib və artıq fiziki şəxslərə də xidmət göstərir. Amma hələlik «Qala sığorta» avtomobillərin icbari sığortası ilə məşğul deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272