SIĞORTA

100-dən artıq sığorta agentinin lisenziyası dayandırıldı
13 İYUN
922

100-dən artıq sığorta agentinin lisenziyası dayandırıldı

2016-06-13 18:42:00

Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta fəaliyyəti üçün 8 yeni lisenziyanın verilməsi imkanlarını nəzərdən keçirir. Bu barədə Trend-ə Palatadan bildiriblər.

Bundan başqa, hazırda Palata müxtəlif sığorta növləri üzrə xidmətlərin göstərilməsi üçün icazə verilməsi məqsədilə 6 sorğunu nəzərdən keçirir.

Nəzarət Palatası sığorta agentlərinin fəaliyyətini həyata keçirən 1 hüquqi və 131 fiziki şəxsin lisenziyasını hesabatlılığın təqdim edilməməsi səbəbindən dayandırıb. Qüsurları aradan qaldırmayan daha 40 sığorta agentinin lisenziyası geri çağırılıb və bu səbəbdən onların fəaliyyəti üçün lisenziya dayandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272