SIĞORTA

"Yeni sığorta şirkətinin açılması üçün 8 müraciət daxil olub" - PALATA
13 İYUN
855

"Yeni sığorta şirkətinin açılması üçün 8 müraciət daxil olub" - PALATA

2016-06-13 14:10:00

Azərbaycanda sığorta fəaliyyəti ilə bağlı lisenziya verilməsi üçün 8, icazələrin verilməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) 6 müraciət daxil olub.

Fins.az xəbər verir ki, APA-nın sorğusuna cavab olaraq Palatadan bildirilib ki, hazırda bu müraciətlərə baxılır. 

Palatadan o da bildirilib ki, Direktorlar Şurasının 4 may 2016-cı il tarixli qərarı ilə 1 hüquqi şəxs və 131 fiziki şəxs olan sığorta agentlərinin lisenziyalarının qüvvəsi müvafiq dövr üzrə hesabatı təqdim etmədiklərinə görə 3 ay müddətinə dayandırılıb: “40 nəfər fiziki şəxs olan sığorta agentlərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş hallar qanunvericiliklə müəyyən edilmiş müddətdə aradan qaldırılmadığından Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 4 may 2016-cı il tarixli qərarı ilə həmin şəxslərin lisenziyaları ləğv edilib".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275