SIĞORTA

Beynəlxalq Sığorta Şirkətinin filialları bağlandı
13 İYUN
383

Beynəlxalq Sığorta Şirkətinin filialları bağlandı

2016-06-13 12:32:00

"Beynəlxalq Sığorta Şirkəti" ASC Gəncə, Sumqayıt və Şəki şəhərlərindəki filiallarının fəaliyyətini dayandırıb. Bu barədə fins.az-ın məlumatına görə, filialların bağlanması xərclərin azaldılması və qənaət tədbirləri çərçivəsində baş tutub. Bununla da şirkətin filialı qalmayıb. Regionlarda ancaq qəza komissarları fəaliyyət göstərəcək.

Hazırda Beynəlxalq Sığorta Şirkətində sığorta məhsullarının satışı yalnız baş ofisdə - Bakı şəhərinin Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi,56 ünvanında həyata keçirilir. Şirkət sığorta hadisələri ilə bağlı müraciətləri isə həm baş ofisində, həm də paytaxtın Yasamal rayonunun Nəcəfqulu Rəfiyev küçəsi,17/26 ünvanındakı Xətai ofisində qəbul edir.

Xatırladaq ki, Beynəlxalq Sığorta Şirkəti 2002-ci ildə yaradılıb. Şirkətin 100% səhmdarı Azərbaycan Beynəlxalq Bankıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272