SIĞORTA

Sığorta şirkətinin yığımları 41% azalıb – HESABAT
13 İYUN
269

Sığorta şirkətinin yığımları 41% azalıb – HESABAT

2016-06-13 10:47:00

Yanvar-may aylarında «Başak İnam» sığorta şirkətinin yığımları 330 389 manat, ödənişləri isə 61 892 manat təşkil edib. Bu barədə fins.az-a şirkətdən bildirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə sığopta şirkətinin ığımları 41% azalıb. Belə ki, 2015-ci ilin ilk 5 ayında yığımlar 564 412 min manat olmuşdu.

Şirkətin ödənişləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 dəfə azalıb. Belə ki, ötən ilin ilk 5 ayında «Başak İnam»ın ödənişləri 290 251,4 manat təşkil edib.

Yığımların böyük hissəsi – 204 min manatı əmlakın yanğından və digər risklərdən sığortalanması üzrədir. Avtomobillərin sığortalanmasından isə 104,3 min manat daxil olub.

Sığopta ödənişlərinin böyük hissəsi – 58,8 min manat isə avtomobillərin sığortalanması üzrə həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275