SIĞORTA

“Alfa Sığorta”nın vəziyyəti məlum oldu - HESABAT
10 İYUN
449

“Alfa Sığorta”nın vəziyyəti məlum oldu - HESABAT

2016-06-10 16:22:00

“Alfa Sığorta” şirkətinin bu ilin 5 ayı üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi  59 % azalaraq 1 023 606 manat olub. Ötən ilin 5 ayında isə şirkət 2 438 571 manat sığorta haqqı toplayıb. Sığorta may ayında isə 176 716  manat sığorta haqqı toplaya bilib.

Sığorta şirkəti yığımlarının  63,7 %-ni ödəniş olaraq müştərilərinə geri qaytarıb. Sığorta ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə  4 % azalaraq 652 431 manat olub. 2015-ci ilin ilk 5 ayında sığorta şirkətinin ödəniş xərcləri  677 138 manat təşkil edib. Ötən ay sığorta şirkəti 90 585 manat sığorta ödənişi verib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275