SIĞORTA

Kiçik şirkətdən böyük artım- SIĞORTA HESABATI
10 İYUN
374

Kiçik şirkətdən böyük artım- SIĞORTA HESABATI

2016-06-10 15:11:00

“Azərqarant Sığorta” şirkəti bu ilin 5 ayı üzrə nəticələrini açıqlayıb.Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımlarının həcmi  32 % artaraq 178 653 manat təşkil edib. 2015-ci ilin yanvar-may aylarında isə 135 336 manat sığorta haqqı toplanıb.Sığorta haqqlarının 171 367 manatı fərdi qəza sığortasının, 6429 manatı tibbi sığortanın və 857 manatı əmlak sığortasının payına düşüb.

Sığorta şirkəti yığımlarının 0,4 %-ni  ödəniş olaraq müştərilərinə qaytarıb. Belə ki, ötən ilin 5 ayında 1432 manat ödəniş edilibsə, bu il bu rəqəm 655 manat olub. Sığorta ödənişlərinin 390 manatı fərdi qəza, 265 manatı isə tibbi sığortaya görə ödənilib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272