SIĞORTA

«Günay Sığorta»dan gözlənilməz artım
10 İYUN
490

«Günay Sığorta»dan gözlənilməz artım

2016-06-10 10:03:00

“Günay Sığorta” şirkətinin  “Buta Sığorta” ilə birləşməmişdən əvvəl nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə,  son beş ayın nəticələrinin müqayisəsinə görə ümumi yığımların həcmi 3,7 dəfə  artaraq 153 863 manat olub. 

Ötən ilin yanvar-may aylarında isə cəmi 40 920 manat sığorta haqqı toplanmışdı. Şirkətdən bildirilib ki, sığorta yığımlarının 126 min manatı əmlak sığortası ilə bağlı bir korporativ müqavilə üzrə toplanıb. Sığorta haqqlarının qalan 27 863 manatlıq hissəsi kasko sığortadan yığılıb. 

Eləcə də bax: “Buta Sığorta”- “Günay Sığorta” birləşməsinin - TƏFƏRRÜATLARI

Sığorta şirkəti yığımlarının  2,5 %-ni ödəniş olaraq müştərilərinə qaytarıb. Amma ödənişlər ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 dəfə azalıb. 

Ötən ilin yanvar-may aylarında 41148 manat sığorta ödənişi edilibsə, bu il üzrə bu rəqəm 6 sığorta hadisəsi üzrə 3908 manat olub. Sığorta ödənişlərinin hamısı avtomobillərin könüllü sığortası üzrə ödənilib.    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274