SIĞORTA

Maliyyə Nəzarəti Palatasından - SIĞORTA ŞİRKƏTLƏRİ İLƏ BAĞLI QƏRAR
09 İYUN
762

Maliyyə Nəzarəti Palatasından - SIĞORTA ŞİRKƏTLƏRİ İLƏ BAĞLI QƏRAR

2016-06-09 18:30:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Buta Sığorta”nın sığorta portfelinin “Günay Sığorta”ya ötürülməsini təsdiqləyib.

Fins.az-ın məlumatına görə, bu barədə qərar Palatanın Direktorlar Şurasının iyunun 8-də keçirilən iclasında qəbul edilib: «İclasda “Buta Sığorta” ASC-nin qüvvədə olan sığorta (təkrarsığorta) müqavilələrinin (sığorta portfelinin) “Günay Sığorta” ASC-yə ötürülməsinə dair qərara qəbul olunub».

İclasda bildirildi ki, “Buta Sığorta” ASC-nin sığorta portfelinin “Günay Sığorta” ASC-yə ötürülməsi barədə şirkətlər arasında müvafiq razılaşma imzalanıb və bunun təsdiq edilməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunub.

Təqdim olunmuş məlumatların təhlili edildiyi və “Günay Sığorta” ASC-nin məcmu kapitalının, ödəmə qabiliyyətinin, sığorta ehtiyatlarının və sığorta qaydalarının sığorta qanunvericiliyinin tələblərinə uyğun olduğu bildirilib.

Palatanın rəhbəri Rüfət Aslanlı sığorta portfelinin ötürülməsi prosesi zamanı istehlakçıların hüquqlarının qorunması məqsədilə konkret tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272