SIĞORTA

«Yaşıl kart» çərçivəsində ilk sığorta ödənişi verildi
09 İYUN
772

«Yaşıl kart» çərçivəsində ilk sığorta ödənişi verildi

2016-06-09 15:29:00

Azərbaycanda Milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirən İcbari Sığorta Bürosu bununla bağlı  ilk sığorta ödənişini həyata keçirilib.Bürodan fins.az-a verilən məlumata görə, sığorta ödənişi ilə bağlı avtomobil qəzası may ayının 14-də Bakıda Tbilisi prospektində  baş verib. Ukrayna vətəndaşı idarə etdiyi maşınla digər avtomobilə ziyan vurub.Ukrayna vətəndaşının törətdiyi qəza ilə yerli avtomobil sahibinə dəyən ziyana görə 400 manat ödəniş edilib.Ödəniş iyun ayının 9-da həyata keçirilib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272