SIĞORTA

“Buta Sığorta”nın son vəziyyəti -RƏQƏMLƏRDƏ
09 İYUN
336

“Buta Sığorta”nın son vəziyyəti -RƏQƏMLƏRDƏ

2016-06-09 10:08:00

“Buta Sığorta” şirkətinin bu ilin 5 ayı üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə  2,2 dəfə azalıb. Belə ki, ötən ilin yanvar-may aylarında 1 078 285 manat sığorta haqqı toplandığı halda, bu il bu rəqəm cəmi 487 459 manat olub. Sığorta yığımlarının  44,7 %-i fərdi qəza sığortasının, 35,8 %-i əmlak sığortasının, qalan hissəsi isə tibbi və digər sığorta növlərinin payına düşüb.

“Buta Sığorta”  yanvar-mayları ərzində topladığı sığorta haqqlarından 71 % artıq ödəniş edib. amma buna baxmayaraq sığorta ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. 2015-ci ilin 5 ayında 913 067 manat ödəniş edilibsə, bu il bu rəqəm 833 659 manat olub. Könüllü əmlak sığortası üzrə 420 591 manat, kasko üzrə avtomobillərin təmir xərci 395 222 manat və tibbi sığorta üzrə 17 845 manat ödəniş edilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270