SIĞORTA

«Qarant Sığorta»nın portfeli «PAŞA Sığorta»ya ötürüldü
08 İYUN
486

«Qarant Sığorta»nın portfeli «PAŞA Sığorta»ya ötürüldü

2016-06-08 17:03:00

Bağlanan “Qarant Sığorta” şirkətinin qüvvədə olan müqavilər üzrə portfelinin digər şirkətə ötürülməsi prosesi yekunlaşıb. Qeyd edək ki, “Qarant Sığorta” şirkəti ötən ilin dekabr ayının 30-da bağlanıb.

Bu ilin mart ayının 17-dən sığorta şirkətinin portfelinin “PAŞA Sığorta” şirkətinə ötürülməsi prosesinə başlanılmışdı. “PAŞA Sığorta” şirkətindən fins.az-a verilən məlumata görə, “Qarant Sığorta”nın aktiv sığorta portfelinin ötürülməsi prosesi iyun ayının əvvəlində yekunlaşıb.

Ötürülən aktiv sığorta portfelinin həcmi 3 milyon manata yaxındır. Bu isə o deməkdir ki, “Qarant Sığorta”nın müştəriləri sığorta hadisəsinə görə ödənişləri artıq “PAŞA Sığorta” şirkətindən ala biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272