SIĞORTA

Sığorta şirkətinin yığımları 3,2 dəfə azaldı – HESABAT
08 İYUN
328

Sığorta şirkətinin yığımları 3,2 dəfə azaldı – HESABAT

2016-06-08 10:08:00

“Bakı Sığorta” şirkətinin bu ilin 5 ayı üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, sığorta şirkətinin ümumi yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə azalıb. Belə ki, ötən ilin yanvar-may aylarında 1 383 483 manat sığorta haqqı toplanıbsa, bu il bu rəqəm 430 097 manat olub.

Sığorta şirkəti yığımlarının 85,4 %-ni ödəniş olar müştərilərinə geri qaytarıb. Sığorta şirkəti yığımları ilə yanaşı ödənişləri də azalıb. Ötən ilin 5 ayında “Bakı Sığorta”nın ödəniş xərcləri 861 684 manat təşkil edib. Bu ilin yanvar-may aylarında 367 396 manat ödəniş edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272