SIĞORTA

İcbari tibbi sığorta tam «elektronlaşacaq»
07 İYUN
355

İcbari tibbi sığorta tam «elektronlaşacaq»

2016-06-07 12:24:00

Azərbaycanda icbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsində elektron məlumat mübadiləsini genişləndirəcək, tibbi xidmətlər barədə elektron məlumat bazasının təkmilləşdirilməsinə töhfə verəcək.

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktorunun müavini Nigar Bayramova fins.az-a açıqlamasında bildirib ki, icbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsində informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini tələb edir. Belə ki, tibb müəssisələri göstərdikləri xidmətlər barədə Agentliyə məlumatları elektron qaydada təqdim edəcəklər və bu Agentliklə tibb müəssisələri arasında münasibətlərin daha səmərəli təşkilinə, proseslərin daha operativ aparılmasına və şəffaflığın təmin olunmasına şərait yaradacaq.

«Tibb müəssisələri tərəfindən təqdim edilən məlumatlar Agentlik tərəfindən qiymətləndiriləcək və qiymətləndirmə nəticələri əsasında ödənişlər həyata keçiriləcək. Məlumat mübadiləsinin tam şəkildə elektronlaşdırılması məqsədilə Agentlik tərəfindən tibb müəssisələrinə lazımi dəstək göstəriləcək və müvafiq tövsiyələr veriləcək», - deyə Agentlik rəsmisi bildirib.

Agentlik rəsmisi eyni zamanda bir sıra dövlət qurumlarının, o cümlədən Səhiyyə, Maliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin mövcud elektron məlumat bazalarından istifadə olunmasının əhəmiyyətini də vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275