SIĞORTA

Sığorta şirkətində ciddi artım – YIĞIMLARI 22 % ARTDI
07 İYUN
361

Sığorta şirkətində ciddi artım – YIĞIMLARI 22 % ARTDI

2016-06-07 10:15:00

“Standard Insurance” bu ilin 5 ayı üzrə nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 % artıb. Belə ki, ötən ilin yanvar-may aylarında ümumi sığorta yığımlarının həcmi 8 365 045 manat olduğu halda bu il 10 187 721 manat sığorta haqqı toplanıb. Sığorta yığımlarının 51,9 %-i avtomobillərin icbari sığortasının, 13,3 %-i tibbi sığortanın, qalan hissəsi isə digər sığorta növlərinin payına düşüb.

Sığorta şirkəti yığımlarının 32 %-ni ödəniş olaraq müştərilərinə geri qaytarıb. Sığorta şirkətinin yığımları ilə yanaşı ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 % artıb. Ötən ilin 5 ayında 3 054 535 manat sığorta ödənişi verilibsə, bu il hadisə üzrə ödəniş xərcləri 3 250 951 manat təşkil edib. “Standard Insurance”ın ödənişlərinin böyük hissəsi avtomobil sığorta ilə bağlı olub. Şirkət avtomobillərin icbari sığortası üzrə 1537 avtomobilin təmiri üçün 1 700 366 manat, kasko üzrə 220 avtomobilə görə 431 013 manat ödəniş edib.

Avtomobillərdən növbəti ən böyük ödəniş xərci tibbi sığorta ilə bağlı olub. Sığorta şirkəti 11526 müraciət üzrə 1 075 4188manat sığorta pulu verib. “Standard Insurance” bundan əlavə könüllü əmlak üzrə 27 850manat, icbari əmlak sığortası üzrə 5 957manat və səyahət sığortasına görə 7 197manat ödəniş edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271