SIĞORTA

«AtaSığorta»nın vəziyyəti məlum oldu – HESABAT
06 İYUN
422

«AtaSığorta»nın vəziyyəti məlum oldu – HESABAT

2016-06-06 17:17:00

“AtaSığorta” şirkəti may ayı üzrə nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ötən ay ümumi sığorta yığımlarının həcmi 535 174 manat olub. Bu aprel ayı ilə müqayisədə 14 % çoxdur (aprel ayında 469 443 manat sığorta yığımı). Amma ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 2,28 dəfə azalıb. Xatırladaq ki, ötən ilin mayında «Atasığorta»nın yığımları 1 221 899 manat olmuşdu. 

Sığorta haqlarının 70,6 %-i avtomobillərin icbari sığortasının, qalan hissəsi isə əmlak sığortasının, tibbi, fərdi qəza, səyahət və danışmaz əmlakın icbari sığortasının payına düşüb.Sığorta şirkəti yığımlarının  47,3 %-ni müştərilərinə geri qaytarıb. Belə ki, ötən ay  1 035 sığorta hadisəsi üzrə  235 167 manat sığorta ödənişi verilib.  Ötən illə müqayisədə ödənişlərin həcmi 47% aşağı düşüb. Belə ki, 2015-ci ilin  mayında şirkətin 444 416 manat olmuşdu. 

Ödənişlər  avtomobil və tibbi sığorta üzrə verilib. İcbari sığorta üzrə 129 avtomobilin təmiri  sığorta şirkətinə 122 882 manata,  kasko üzrə 64 avtomobilin təmiri isə 66 184 manata başa gəlib. Aprel ayında bir avtomobilin orta təmir xərci isə 979 manat təşkil edib.“AtaSığorta”nın digər ödəniş xərcləri könüllü tibbi sığorta ilə bağlı olub.Tibbi müraciətlərinin sayı və ödənişlərin həcmi 2 dəfədən çox artıb.Belə ki, sığorta şirkətinin tibbi xərcləri isə  842 müraciət üzrə 64 528 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270