SIĞORTA

Saxta sığorta müqaviləsi satan - SIĞORTA ŞİRKƏTİ – ANALİZ
03 İYUN
909

Saxta sığorta müqaviləsi satan - SIĞORTA ŞİRKƏTİ – ANALİZ

2016-06-03 11:51:00

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin may ayı üzrə monitorinq işini təqdim edir.

2016-cı ilin may ayında elektron mətbuatda, yəni sayt və portallarda sığorta ilə bağlı 4116, sığorta şirkətləri ilə əlaqəli 932 xəbər yerləşdirilib. Bunlardan 799-u neytral, 7-si müsbət, 126-sı isə mənfi xəbərlərdir.

Mənfi xəbərlər arasında liderlər:

Buta Sığorta (99 xəbər – ləğv olunması), AXA MBASK Sığorta (13 xəbər), Atəşgah Sığorta (7 xəbər – sığorta şirkətinin Bərdə fırıldağı).

Müsbət xəbərlər isə Paşa Həyat Sığorta (7 xəbər – “Ən yaxşı müştəri təcrübəsi” nominasiyası üzrə mükafata layiq görülməsi) şirkətinə məxsusdur.

Xəbər sayına görə sıralama:

  1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi    232 xəbər
  2. Buta Sığorta                                            103 xəbər
  3. Paşa Həyat Sığorta                                   90 xəbər
  4. Paşa Sığorta                                            88 xəbər
  5. AXA MBASK Sığorta                                  62 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 410 xəbər dərc edilib ki, 60 xəbərdə konkret şirkət adı çəkilib. Bu xəbərlərdən 1-i mənfi, 59-u isə neytral xəbərlərdir. Mənfi xəbər Buta Sığorta şirkətinə (1 xəbər – ləğv olunması) məxsusdur. May ayında bu sektorla əlaqəli yazılı mətbuatda müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

  1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi    20 xəbər
  2. Paşa Həyat Sığorta                                   6 xəbər
  3. AzSığorta                                                 5 xəbər
  4. ATA Sığorta   `                                         4 xəbər
  5. AXA MBASK Sığorta                                  3 xəbər

May ayında televiziya kanallarında sığortalı bağlı 51, sığorta şirkətlərinə məxsus 36 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

  1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi    25 xəbər
  2. İpək Yolu Sığorta                                     8 xəbər
  3. Buta Sığorta                                            1 xəbər
  4. Dövlət Sığorta Kommersiya Şirkəti            1 xəbər
  5. Günay Sığorta                                          1 xəbər

Radio kanallarında may ayında bu sektorla əlaqəli 5 (şirkət adı səslənən 2) xəbər yayımlanıb. Bunlar isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və İpək Yolu Sığorta şirkətlərinə məxsus neytral xəbərlərdir.

Mənbə: Media Təqib Mərkəzi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272