SIĞORTA

Sığorta şikayətlərinə baxan qurum dəyişdi – MÜQAVİLƏLƏRDƏ YENİLİK
02 İYUN
1034

Sığorta şikayətlərinə baxan qurum dəyişdi – MÜQAVİLƏLƏRDƏ YENİLİK

2016-06-02 10:12:00

Avtomobillərin icbari sığortası ilə bağlı şikayət və təkliflər Maliyyə Bazarlarına Nəzarət Palatasına yönləndiriləcək. Sığorta eksperti Qismət Əsədov fins.az-a bildirib ki, ötən həftədən etibarən icbari sığorta şəhadətnamələrinə şikayət və təkliflərin Palataya yönləndirilməsi ilə bağlı möhür vurulur. Burada şikayətlərin yönləndirilməsi üçün əlaqə nömrələri qeyd edilib.

Ekspertin sözlərinə görə, buna qədər icbari sığorta müqavilələrində şikayət və təkliflər üçün Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin əlaqə vasitələri qeyd edilirdi. Qurum ləğv edildiyi və səlahiyyətləri Palataya ötürüldüyü üçün bu məsələlərə də artıq yeni qurumda baxılacaq. Onun sözlərinə görə, 2-3 aydan sonra icbari sığorta şəhadətnamələri yenilənəcək və burada olan Maliyyə Nazirliyinə aid əlaqə vasitələri də Palatanın əlaqə vasitələri ilə əvəzlənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272