SIĞORTA

İcbari sığortalanan evlərin sayı kəskin azalıb
01 İYUN
163

İcbari sığortalanan evlərin sayı kəskin azalıb

2016-06-01 12:16:00

İcbari Sığorta Bürosunun bu ilin may ayında daşınmaz əmlakın icbari sığorta ilə bağlı statistika açıqlanıb. Bürodan fins.az-a verilən məlumata görə, bir ayda daşınmaz əmlakın icbari sığortası üzrə 6 458 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1,7 milyon manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 61,7%-i yaşayış evləri və mənzillər, 0,7% -i inzibati binalar, 37,6%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 55%, sığorta haqlarının məbləğində isə 22% faiz azalma müşahidə edilib. May ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 251, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 1 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları  19 710 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 400 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272