SIĞORTA

Körpənin müalicəsi üçün 38 000 manat ödədi
27 MAY
406

Körpənin müalicəsi üçün 38 000 manat ödədi

2016-05-27 14:21:00

A-Qroup körpənin müalicəsi üçün 38 000 manat ödəyib.

Şirkətdən verilən məlumatda bildirilir ki, A-Qroup Sığorta Şirkəti neyroblastoma - endokrin sisteminin xərçəngi diaqnozu qoyulmuş ikiyaşlı körpənin həyati əhəmiyyətli müalicə xərclərini ödəməyi öhdəsinə götürmüşdür.

2015-ci ilin sonundan etibarən körpə Türkiyənin İzmir şəhərində lazımi müalicə alır. A-Qroup mərhələli şəkildə, müvafiq müalicənin aparıldığını təsdiq edən sənədlər təqdim edilən kimi, ödənişi həyata keçirir. Təkcə bu günə olan ödəniş məbləği 38 000 AZN təşkil edir.

"Qarşıda bizi hələ müalicənin növbəti ayları gözləyir. Biz ümid edir və inanırıq ki, hər şey müsbət sonluqla bitəcək!

A- Qroup Sığorta Şirkəti öz müştərilərinin qayğısına qalan və onları beynəlxalq standardlara uyğun, yüksək keyfiyyətli xidmətlətəmin edən şirkət olaraq qalmaqda davam edir".

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275