SIĞORTA

İcbari Tibbi Sığorta Agentliyində – YENİ TƏYİNAT
27 MAY
1021

İcbari Tibbi Sığorta Agentliyində – YENİ TƏYİNAT

2016-05-27 11:33:00

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində müavin təyin edilib. Fins.az-ın məlumatına görə, prezident İlham Əliyev Nigar Bayramovanın Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktorunun müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bayramova Nigar Yusif qızı 1980-ci ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə mühasib kimi başlayıb, 2010-2016-ci illərdə “PAŞA Sığorta” ASC-də baş mühasib vəzifəsində çalışıb. 2016-cı ilin aprel ayından etibarən Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə - mühasibat şöbəsinin müdiri vəzifəsində çalışır. Ailəlidir, bir övladı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274